Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib


Digərləri 26 Yan 2020 18:11:18 138 0

Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün “Beynəlxalq ticarətdə bazar araşdırması və biznes tərəfdaşlığı” mövzusunda növbəti təlim təşkil edib

Bakı. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün “Beynəlxalq ticarətdə bazar araşdırması və biznes tərəfdaşlığı” mövzusunda növbəti təlim təşkil edib. KOBİA-dan Trend-ə verilən məlumaat görə, tədbirin məqsədi sahibkarların, xüsusilə bu ilin fevral-mart aylarında Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində Almaniyanın Münhen şəhərində ixtisasartırma kursu və təcrübə keçəcək sahibkar və menecerlərin ixrac sahəsində məlumatlandırılmasıdır. Təlimdə “My Broker” MMC-nin əməkdaşları sahibkarlara ixrac sahəsində əlaqələrin genişləndirilməsi, yeni satış bazarlarının tapılması, elektron ticarət, biznes tərəfdaşlığı barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.