Həkimlərin ölüm diaqnozu qoyduğu əkizlər İnstaqram fenomeni oldular FOTO


Dünya 26 Yan 2020 18:04:00 152 0

Həkimlərin ölüm diaqnozu qoyduğu əkizlər İnstaqram fenomeni oldular  FOTO

İngiltərədə ana bətnində ikən ağır əməliyyat keçirən və doğulduqdan sonra da həkimlərin yaşama şanslarının az olduğu deyilən əkizlər indi İnstaqram fenomenidirlər.

Son.az axşam.az-a istinadən bildirir ki, İngiltərənin Esseks şəhərində yaşayan Cayde və Markus Vayt cütlüyü əkiz övladlarının olacağını eşidəndə çox seviniblər.

Daha sonra həkimlər uşaqlarda ağır xəstəlik aşkar ediblər və ana bətnində ikən onlar əməliyyat olunublar. Həkimlərin sadəcə 10 faiz yaşama şansı verdikləri əkizlər sağlam dünyaya gəliblər və hazırda onların 3 yaşı var.

İnstaqram-da 120 mindən çox izləyicisi olan Rokko və Censon qardaşları məşhur brendlərin üçün də modellik edirlər.