Maştağada qəddar cinayət: arvadını yandıran, əyyaşlıq edən Xudabaxışovun işi


Kriminal 26 Yan 2020 17:26:00 139 0

Maştağada qəddar cinayət: arvadını yandıran, əyyaşlıq edən Xudabaxışovun işi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının üstünə benzin tökərək yandırmaqda ittiham olunan 39 yaşlı Ceyhun Xudabaxışovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hadisə ötən il mayın 5-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ailədaxili münaqişə zamanı C.Xudabaxışov həyat yoldaşı Raziyə Aslanovanın üzərinə benzin tökərək ona od vurub.  Ağır dərəcəli bədən xəsarətləri almış qadın dərhal 5 saylı xəstəxanaya çatdırılb.

Törətdiyi cinayət əməlinə görə, C.Xudabaxışovun barəsində Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq dövründə isə C.Xudabaxışovun əməli Cinayət Məcəlləsinin 127.2.2 -ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif olunub.

Oğlunu benzin dalınca göndərib, evi və arvadı yandırmaq üçün...

Təqsirləndirilən C.Xudabaxışov ifadəsində deyib ki, səhər saatlarında yuxudan oyandıqda evin səliqəsiz olduğunu görüb arvadı ilə mübahisə edib, ailə üzvlərini həyətə çıxarıb, oğlunu benzin almağa yollayıb, evi od vurub yandıracağı ilə hədələyib. Atasının niyyətindən xəbərsiz olan övladı dükandan aldığı plasmas qabdakı benzini ona verib. Ailə başçısı benzini otaqlara səpməyə başlayarkən Raziyə içəri girib və ona mane olmağa çalışıb.

"Qabdakı benzini onun üzərinə də tökdüm. Sonra evdən çıxdım, pilləkəndə oturub siqaret çəkdim. Evə girdim, yenə dedim, evi yandıracağam. Raziyə çölə çıxmadı. Onu itələdim, elektrik qızdırıcısına dəydi, yanmağa başladı. Tez odeyal götürüb söndürməyə çalışdım. Sonra xəstəxanaya apardıq",-qəddar cinayətə əl atan Xudabaxışov belə deyib.

C.Xudabaxışov hadisə zamanı arvadına xəsarət yetirdiyini etiraf etsə də, onu öldürmək niyyətində olmadığını deyib.

Zülmlə pul qazanan qadın, içib yatan ər...

Çörəkbişirmə sexində işləyən, səhər saatlarında gecə növbəsindən qayıdan Raziyə Aslanova ərinin yenə də içkili halda yatdığını görüb. Yorğun olduğundan qızına dincələcəyini bildirib, atası ayılanda onu yuxudan durğuzmağı tapşırıb və yan otağa keçib. Bir qədər sonra isə ərinin qışqırığına yuxudan ayılıb.