Oğuzda dağlıq ərazidə yanğın baş verib


Digərləri 26 Yan 2020 17:38:00 122 0

Oğuzda dağlıq ərazidə yanğın baş verib

Oğuz rayonunda, dağlıq ərazidə yanğın baş verib

Bakı. Oğuz rayonunda, dağlıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri cəlb edilib. İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə təqribən 1 ha sahədə quru ot və kol-kos yanır. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.