Məşhur aktyor oğlu ilə şəklini paylaşdı: "Atasına çox oxşayır" FOTO


Digərləri 26 Yan 2020 17:13:00 150 0

Məşhur aktyor oğlu ilə şəklini paylaşdı: "Atasına çox oxşayır"  FOTO

TRT1 ekranlarında yayımlanan "Şampiyon" serialının ulduzu, aktyor Tolqahan Sayışman oğlu ilə yeni fotosunu paylaşıb.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyorun 8 aylıq oğlu Efe ilə şəklini həyat yoldaşı, aktrisa Almeda Abazi lentə alıb.

İzləyicilər tərəfindən çox bəyənilən fotonın altına "Oğlunuz sürətlə böyüyür", "Serialdan vaxt tapıb oğlunuzla necə əylənənə bilirsiniz?", "Atasına çox bənzəyir" kimi sözlər yazılıb.

Qeyd edək ki, Tolqahanla Almeda 2017-ci ildə ailə qurub. Övladları ötən ilin mayında dünyaya gəlib.