Dağıstan rəhbəri Azərbaycana səfər edəcək


Digərləri 26 Yan 2020 17:00:34 106 0

Dağıstan rəhbəri Azərbaycana səfər edəcək

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycana səfər etməyi planlaşdırır

Bakı. Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycana səfər etməyi planlaşdırır. Trend-in "Mirmol"a istinadən verdiyi məlumata görə, bu barədə V.Vasilyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, 2020-ci ildə Mahaçqala-Dərbənd-Bakı sürətli qatarının xəttə buraxılması planlaşdırılır: "Bu istiqamət vətəndaşlar arasında çox məşhur olacaq, çünki bu istiqamətin fəaliyyətə başlama vaxtı ilə bağlı artıq çox suallar gəlir". V.Vasilyev qeyd edib ki, Dağıstan və Azərbaycan arasında çox yaxın və etibarlı münasibətlər var. Qeyd edək ki, bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı da planlaşdırılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin