Suriya ordusu Hələbin qərbində silahlı qruplaşmalara artilleriya zərbələri endirib


Dünya 26 Yan 2020 16:24:00 104 0

Suriya ordusu Hələbin qərbində silahlı qruplaşmalara artilleriya zərbələri endirib

Suriya ordusunun artilleriya qüvvələri Hələbin qərb kənarlarındakı (Dəməşqdən 360 km) silahlı qruplaşmaların mövqelərinə zərbələr endirib.

Son.az APA-ya istinadən bildirir ki, silahlıların arasında ciddi itkilər var.

Ordu Camiyət-əz-Zəhra yaşayış məhəlləsindən Rəşidin mikrorayonuna qədər bütün cəbhə boyu hücumlar edib. Kfar Həmra, Xan əl-Asal, Əl-Mansoura, Buxusvə Kfar Naha massivlərində silahlı qruplaşmaların dayaq məntəqələrinə zərbələr endirilir.