Göyçay və Şamaxıda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb (FOTO)


Digərləri 26 Yan 2020 15:57:41 160 0

Göyçay və Şamaxıda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb (FOTO)

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) bölgələrdə növbəti nümayəndəlikləri Göyçay və Şamaxı rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində fəaliyyətə başlayıb

Bakı. Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) bölgələrdə növbəti nümayəndəlikləri Göyçay və Şamaxı rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, yeni nümayəndəliklərin açılış mərasimində çıxış edənlər Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin edilməsindən, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının verdiyi göstərişlərə uyğun olaraq, artıq iyirmiyədək şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Yaxın bir neçə ayda isə ölkənin bütün şəhər və rayonlarında nümayəndəliklər yaradılacaq.