Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil fənləri üzrə imtahan keçirilib


Digərləri 26 Yan 2020 15:03:31 115 0

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil fənləri üzrə imtahan keçirilib

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil fənləri üzrə imtahan keçirilib

Bakı. Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil fənləri üzrə imtahan keçirilib. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərdə keçirilib və saat 11:00-da başlayıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. İmtahanda baş vermiş hallar barədə bütün protokollar oxunduqdan sonra yekun məlumat veriləcək. İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılıb. İmtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub. Yanvarın 27-dən etibarən imtahan materiallarının emalı aparılacaq. İmtahan nəticələri yazı bloku üzrə esselərin yoxlanılması prosesi də başa çatdıqdan sonra, 1 həftə ərzində elan olunacaq.