Çində koronavirusdan ölənlərin sayı 57 nəfərə çatıb


Dünya 26 Yan 2020 15:00:00 106 0

Çində koronavirusdan ölənlərin sayı 57 nəfərə çatıb

Çində koronavirusa yoluxanların sayı 2027 nəfərə çatıb.

Son.az bildirir ki, APA-nın Vani portalına istinadən verdiyi məlumata görə, bu günə qədər virusa yoluxanlardan 57 nəfər dünyasını dəyişib.

Koronovirusa yoluxanların yarısı və ölənlərin 52 nəfəri Hubey əyalətinin sakinləridir.