ABŞ Konqresi Gürcüstana qarşı sanksiyalar hazırlayır?


Dünya 26 Yan 2020 14:44:00 134 0

ABŞ Konqresi Gürcüstana qarşı sanksiyalar hazırlayır?

Son günlərdə ABŞ tərəfindən Gürcüstan hakimiyyətinə qarşı tənqidlər və sərt bəyanatlar çoxalıb.

Son iki həftədə Nümayəndələr palatasının 7 konqresmeni milyarder Bidzina İvanişvilinin liderlik etdiyi "Gürcü arzusu" partiyası iqtidarı ilə bağlı tənqidlər səsləndiriblər. Onların demək olar ki, hamısının hakim Respublikaçılar partiyasından olması diqqət çəkən məqamlardandır.

Son.az musavat.com-a istinadən bildirir ki, bu günlərdə onlara Nümayəndələr palatasının üzvü Brayan Babin də qoşulub. Brayan Babin da Gürcüstandakı mövcud iqtidarın digər tənqidçisi Pit Olson kimi Texas ştatını təmsil edir.

Bu il yanvar ayının 24-də o, Twitter səhifəsindən Gürcüstanın baş naziri Georgi Qaxariyaya məktub göndərib. "Mən ona Gürcüstanda islahatların ləngiməsinə və Amerika investisiyaları üçün mühitin pisləşməsinə görə məktub yazdım", - deyə amerikalı konqresmen bildirib.

Brayan Babin öz məktubunda Gürcüstandakı mövcud iqtidarın günahı ucbatından ölkəyə ABŞ sərmayəsinin azaldığını qeyd edib. Buna nümunə olaraq o, "Frontera Resources" adlı şirkətlə pozulan müqaviləni göstərib.

B.Babin Gürcüstanın hərəkətlərinin əvvəl-axır onlara qarşı sanksiyalar tətbiq olunmasına gətirib çıxaracağını vurğulayıb.