Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı


Digərləri 26 Yan 2020 14:27:26 120 0

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanında daş parçası asılı vəziyyətdə qalıb

Bakı. Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanında daş parçası asılı vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata əsasən, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.