Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi başa çatır - YENİLƏNİB


Dünya 26 Yan 2020 13:23:00 109 0

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi başa çatır - YENİLƏNİB

​Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi gecə ərzində davam edib

Türkiyədəki Azərbaycan vətəndaşlarınıntəxliyəsi başa çatır.

Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, birinci və ikinci avtobuslar Naxçıvan artıq aeroportuna çatıb. "84 vətəndaşımız burda istirahət edirlər və3-cü avtobusu gözləyirlər. Üçüncü avtobusumuz isə hazırda Sədərk Gömrük Keçid Məntəqəsindən keçir. Həmin avtobusda da 16 vətəndaşımız var. Onların təxminən 1 saat sonra Naxçıvan aeroportunda olacaqları gözlənilir. Onlar prezidentin tapşırığı ilə Naxçıvana gəlmiş xüsusi təyyarə reysi ilə Bakıya uçacaqlar", - deyəNazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri qeyd edib.

***09:42

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi prosesi bütün gecə ərzində davam edib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar. Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.