Türkiyədən təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır - YENİLƏNİB


Dünya 26 Yan 2020 13:11:00 126 0

Türkiyədən təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır - YENİLƏNİB

​Türkiyədən təxliyə edilən 42 azərbaycanlı tələbə Naxçıvana çatdırılıb

Türkiyənin zəlzələ zonasından təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“Elazığ və Malatya şəhərlərindəki zəlzələ zonasından təxliyə olunan tələbələrimiz və digər vətəndaşlarımız artıq Naxçıvandadırlar. Naxçıvan aeroportunda onlar üçün ayrılmış təyyarə ilə Bakıya yola salınacaqlar”, - deyə səfirlik bildirib.

***09:50

Türkiyənin zəlzələnin baş verdiyiElazığ şəhərindənyola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi məlumat yayıb.

"Elazığdanoyla çıxan ilk avtobusdakı 42 tələbəmiz artıq Naxçıvana çatdırılıb", - deyə səfirliyin məlumatında bildirilir. Qeyd edək ki,Malatyada təhsil alan azərbaycanlı tələbələr də ötən günvətənə yola salınıb.