“Siqaret çəkir, içki içir sonra ərə gedib xəstə uşaq doğur”


Şou-biznes 26 Yan 2020 13:27:00 193 0

“Siqaret çəkir, içki içir sonra ərə gedib xəstə uşaq doğur”

Məclisdə 8-10 xanım əyləşir. Qızlar yeyir-içir əylənir. Başqa masalar kənardan baxır, onlar da biri-birilərinə badə vuraraq sağlıq deyirlər. Elə şeylər var ki, bəzi xanımların özləri də bu halların baş verməyini istəmirlər.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Səhər-səhər" verilişində müğənni İzzət Bağırov deyib.

Sənətçi qadınlarda bəyənmədiyi xüsusiyyətləri açıqlayıb. İzzət içki içib, siqaret çəkən qadınları tənqid edib:

"20-25 yaşında gənc xanım siqaretdən, içkidən istifadə edir. Daha sonra evlənir və xəstə uşaq dünyaya gətirir. Əvvəlini fikirləşmirlər ki, bu səbəbdəndir".

O, saçını boyayan kişi həmkarlarına da münasibət bildirib: