Türkiyə 8 nəfəri xilas edən bu qadından danışır VİDEO


Dünya 26 Yan 2020 13:16:00 108 0

Türkiyə 8 nəfəri xilas edən bu qadından danışır  VİDEO

Türkiyənin Elazığ şəhərində yanvarın 24-də meydana gələn zəlzələdən sonra başladılan xilasetmə işləri bir çox anlarla yadda qalıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "UMKE" adı verilən könüllülər dəstəsinə qoşulan tibb işçisi Əminə Kuştepe fədakarlığı ilə insanların rəğbətini qazanıb.

Belə ki, dağıntılar altında qalmış Əzizə adlı qadını xilas etmək üçün onunla dialoq aparan Əminə 8 nəfərin həyatını xilas edib. Yaddaşlarda "Əzizə...Əzizə..." çağırışı ilə qalan Əminə Kuştepenin qadınla bu dialoqu hər kəsi göz yaşlarına boğub:

Əzizə...Əzizə...

Bir azdan səni xilas edəcəyik.

Uşaqlarla danış, kimsə yatmamalıdır.