Şabranda meşədə azan 3 gənc xilas edildi


Digərləri 26 Yan 2020 12:19:46 125 0

Şabranda meşədə azan 3 gənc xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndi yaxınlığında, meşəlik ərazidə 3 nəfərin azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Son.az FHN-ə istinadən bildirir ki, dərhal qurumun Şimal Regional Mərkəzinin və Dövlət Yanğın Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Yusifli Natiq Namiq oğlu, 1994-cü il təvəllüdlü Tərlanov Tərxan Fazil oğlu və 1994-cü il təvəllüdlü Məmmədli Şəms Şamil qızı mürəkkəb relyefli çətin keçilən ərazidən tapılaraq xilas olunub və aidiyyəti üzrə təhvil veriliblər.