"Netflix" koronavirusla bağlı serial çəkdi VİDEO


Dünya 26 Yan 2020 10:12:00 130 0

"Netflix" koronavirusla bağlı serial çəkdi  VİDEO

"Netflix" yayım şirkəti koronavirusla bağlı sənədli serial lentə alıb.

Son.az axşam.az-a istinadən bildirir ki, "Epidemiya: Yayılmanın qarşısını almaq" adlı ekran əsərinin 6 bölümünü şirkət yanvarın 21-də yayımlayıb.

Sənədli serialın süjet xəttində Çində yaranan və başqa ölkələrə sürətlə yayılan virusa görə, insanlar arasında yaşanan çaxnaşma, qorxu və onu aradan qaldırmaq üçün hazırlanan vaksinlərdən bəhs olunur.

"Netflix" bu ekran işi ilə ictimaiyyətin məlumatlandırılmasını və diqqəti qlobal problemə doğru yönəldilməsini istəyir.

Qeyd edək ki, koronavirusa yoluxan xəstələri müalicə edən 62 yaşlı həkim Lianq Vudonq artıq dünyasını dəyişib.