Peruda növbədənkənar parlament seçkiləri keçiriləcək


Dünya 26 Yan 2020 09:07:39 102 0

Peruda növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu gün Peruda Milli Konqres deputlarının növbədənkənar seçkiləri keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, 21 partiya ölkənin bir palatalı qanunverici orqanında 130 yer uğrunda mübarizə aparacaq.

Ölkənin seçki komissiyasının məlumatına görə, 26 seçki dairəsində təxminən 24,8 milyon vətəndaş (ölkə əhalisinin 32,5 milyon nəfərindən) siyasi hərəkatlardan birinə birbaşa gizli səsvermə zamanı səs verməlidir.

Ölkə üzrə 5,2 minə yaxın ərazı seçki komissiyası yerli vaxtla saat 8:00-da işə başlayacaq, səsvermə saat 16:00-da başa çatacaqdır.