Çində koronavirusa 2 minə yaxın insan yoluxub


Digərləri 26 Yan 2020 08:01:00 110 0

Çində koronavirusa 2 minə yaxın insan yoluxub

Çində yeni bir növ koronavirusun səbəb olduğu pnevmoniya ilə təsdiqlənmiş yoluxma hallarının sayı 1975-ə çatıb

Bakı. Çində yeni bir növ koronavirusun səbəb olduğu pnevmoniya ilə təsdiqlənmiş yoluxma hallarının sayı 1975-ə çatıb, ölənlərin sayı 56-ya qədər yüksəlib. Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə İşləri üzrə Komitəsi bildirib. Məlumata əsasən, 324 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilib. Bildirilib ki, təxminən 2,7 min insan virusa yoluxmuş ola bilər, ancaq onların diaqnozu hələ təsdiqlənməmişdir.