Türkiyədə ana və 2 yaşlı körpəsi 28 saat sonra zəlzələ dağıntıları altından sağ çıxarılıb - FOTO


Dünya 26 Yan 2020 06:38:57 136 0

Türkiyədə ana və 2 yaşlı körpəsi 28 saat sonra zəlzələ dağıntıları altından sağ çıxarılıb - FOTO

​Türkiyədə ana və 2 yaşlı körpəsi zəlzələ dağıntıları altından sağ çıxarılıb

Türkiyədə baş verən zəlzələdən sonra dağıntıları altında qalan insanların xilas etdirilməsi işləri davam etdirilir.

Bu barədə“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki,Elazığın Mustafa Paşa məhəlləsində zəlzələ zamanı dağılan binada 2 yaş yarımlıq Yüsra Yıldız 24 saat sonra xilasedicilər tərəfindən xilas edilib. Məlumata görə, bundan 4 saat sonra azyaşlının dağıntılar arasında qalan anasının sağ olduğu məlum olub. Xilasedicilər azyaşlının anası Ayşə Yıldızı da dağıntılar altından çıxarıblar. Ana və övladı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanvarın 24-də Türkiyənin Elazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 31 nəfər ölüb, 1466 nəfəryaralanıb.

Şəhərdə axtarış-xilasetmə işləri davam etdirilir.