İlon Maskın sərvəti bir həftədə 1,7 milyard dollar artıb


Dünya 26 Yan 2020 06:05:13 116 0

İlon Maskın sərvəti bir həftədə 1,7 milyard dollar artıb

​İlon Maskın sərvəti bir həftədə 1,7 milyard dollar artıb

Biznesmen İlon Maskın sərvəti bir həftə ərzində 1,7 milyard dollar artıb və 32 milyard dollara çatıb.

“Report” xəbər verir ki, bu barədə “Forbes” bildirib.

Qeyd edilir ki, belə göstərici Maskın 22% səhmə malik olduğu “Tesla” şirkətinin kapitallaşmasının artımı hesabına qeyd edilib.

Məlum olub ki, bir həftə ərzində şirkətin bazar qiyməti 16% artıb və 100 milyard dollara çatıb.

Belə sıçrayış “Tesla”ya dünyanın avtomobil şirkətləri arasında kapitallaşdırma üzrə ikinci yeri tutmağa imkan yaradıb. Birinci yerdə Yaponiyanın “Toyota” şirkəti qərarlaşıb.