İsrail HƏMAS-ın Qəzzadakı obyektlərinə zərbələr endirib


Dünya 26 Yan 2020 05:10:57 117 0

İsrail HƏMAS-ın Qəzzadakı obyektlərinə zərbələr endirib

​İsrail HƏMAS-ın Qəzzadakı obyektlərinə zərbələr endirib

İsrail hərbçiləri HƏMAS-ın yəhudi dövləti istiqamətində partlayıcı maddə ilə dolu hava şarlarının işə salınmasına cavab olaraq radikal hərəkatın Qəzzadakı obyektlərinə zərbələr endirib.

“Report”un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti“Twitter”də bildirib.

"Biz Qəzzadan İsrailə tərəf partlayıcı maddəli hava şarlarının buraxılmasından sonra HƏMAS-ın hədəflərinə zərbələr endirdik", - hərbçilər tərəfindən yayılmış bəyanatda deyilir.