Tehranda sərnişin təyyarəsi təcili eniş edib


Digərləri 26 Yan 2020 02:24:00 153 0

Tehranda sərnişin təyyarəsi təcili eniş edib

İranın "Airbus 306" sərnişin təyyarəsi texniki səbəblərə görə Tehrana təcili eniş edib

Bakı. İranın "Airbus 306" sərnişin təyyarəsi texniki səbəblərə görə Tehrana təcili eniş edib. Trend-in məlumatına görə, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata əsasən, İmam Xomeyni beynəlxalq hava limanından havaya qalxdıqdan sonra təyyarə texniki problemlə üzləşib. Bu səbəbdən təyyarə İstanbula uçuşunu dayandırıb başqa bir hava limanına - Mehrabad limanına uğurlu eniş edib.