Peruda növbədənkənar parlament seçkiləri keçiriləcək


Dünya 26 Yan 2020 02:18:14 136 0

Peruda növbədənkənar parlament seçkiləri keçiriləcək

​Peruda növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu günPeruda Milli Konqresə növbədənkənar seçkilər keçiriləcək.

“Report” xəbər verir ki, Cənubi Amerika respublikasının birpalatalı qanunverici orqanında 130 yer uğrunda 21 partiya mübarizə aparacaq.

Ölkənin Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla səhər saat 8:00-da bütün ölkə üzrə 5,2 min seçki komissiyası fəaliyyətə başlayacaq, səsvermə saat 16:00-da başa çatacaq.

Təhlükəsizlik tədbirlərinə 135 min polis və 48 min hərbçi cəlb edilib. Səsvermədə iştirak icbaridir. Üzrlü səbəb olmadan səsvermədən yayınanlar yaşadığı ərazidən asılı olaraq cərimə olunacaqlar.