Pekində üç həkim koronavirusa yoluxub


Dünya 26 Yan 2020 01:50:14 107 0

Pekində üç həkim koronavirusa yoluxub

​Pekində üç həkim koronavirusa yoluxub

Çinin paytaxtı Pekində üç həkim 2019-nCoV koronavirusuna yoluxub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Jenmin jibao" qəzeti özünün“Twitter”dəki səhifəsində bildirib.

Qəzetin məlumatına görə, hazırda onların üçü də xəstəxanaya yerləşdirilib və karantindədir. Xəstələnən həkimlərdən ikisi daha əvvəl pnevmaniyanın yayıldığı Uhan şəhərinə işgüzar səfərlər edib.

Son məlumatlara görə, Çində yeni növ pnevmaniyadan ölənlərin sayı 41 nəfərə çatıb, xəstəliyə yoluxanların sayı 1372 nəfərə qədər artıb.