Məşhur modelin xəstəxanadan görüntüləri yayıldı FOTO


Digərləri 26 Yan 2020 01:30:00 147 0

Məşhur modelin xəstəxanadan görüntüləri yayıldı  FOTO

Almaniyanın "Bavariya" klubunun futbolçusu Mats Hummelsin model xanımı Keti Hummels xəstəxanalıq olub.

Son.az xəbər verir ki, 31 yaşlı model bu barədə instaqramda yazıb.

Hummels paylaşdığı fotoya "heç bu qədər ağır xəstələnməmişdim, çox şükür indi yaxşıyam" şərhini yazıb.

Model "Bild" qəzetinə verdiyi açıqlamada isə "virusa yoluxmuşam, son iki gündə çox yoruldum, ancaq indi vəziyyətim yaxşıya doğru gedir, mənə göndərilən xoşniyyətli mesajlara görə minnətdaram", - deyə bildirib. (publika.az)