Türkiyənin Manisa vilayətində yenə zəlzələ baş verib
Dünya 25 Yan 2020 23:04:00 163 0
Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda yerli vaxtla saat 20:49-da 4,1 bal gücündə zəlzələ olub.
Son.az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinin verdiyi xəbərə görə, zəlzələ yerin 7,90 kilometrliyində meydana gəlib.
Təkanlar İzmirdə də hiss edilib.
Qeyd edək ki, 22 yanvarda eyni ərazidə 5,4 bal gücündə zəlzələ olub. Zəlzələdən 249 bina zərər görüb.
Mənbə: milli.az