Türkiyədə zəlzələ ilə əlaqədar sosial mediada


Dünya 25 Yan 2020 23:07:00 155 0

Türkiyədə zəlzələ ilə əlaqədar sosial mediada

Türkiyədə yanvarın 24-də baş vermiş zəlzələ ilə əlaqədar sosial mediada təxribat xarakterli paylaşım etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, bu istiqamətdə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Daxili İşlər naziri Süleyman Soylu mətbuata açıqlamasında baş vermiş zəlzələyə aidiyyəti olmayan, başqa hadisələri özündə əks etdirən şəkilləri sosial media hesablarında paylaşaraq əhali arasında təşviş yaratmağa çalışan şəxslər barəsində lazımi tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib. Həmin vaxtdan indiyədək bölgədə 4 baldan çox 14 yeraltı təkan və 400-dən artıq afterşok qeydə alınıb. Son yeraltı təkan bu gün yerli vaxtla saat 19.30-da 5,1 bal gücündə olub.