Günahı necə tərk edək?


Digərləri 25 Yan 2020 22:55:00 140 0

Günahı necə tərk edək?

İmam Əli (ə) buyurur: "Özünüzü istiğfar edərək, bağışlanma istəyərək xoş ətirli edin ki, günahın pis iyi sizi rüsvay etməsin".

Günah zəhər kimi insan ruhunu və bədənini xəstə edər. Əslində günah etmək - Allah Təala ilə mübarizəyə qalxmaq deməkdir.

Bəs nə edək ki, bu zəhərdən xilas olaq?

1. Günahın aqibəti haqqında düşünmək. Əgər insan günah etməzdən əvvəl bir qədər onun aqibəti barəsində düşünərsə, onu tərk etmək üçün zəminəyə çevrilər. Günahın tez keçən ləzzəti, İlahi qəzəbə düçar olmaq və İlahi feyzdən məhrum olmaq, axirətini bada vermək - günahın aqibətlərindəndir. İmam Sadiq (ə) buyurur: "O kəslər ki, günahın təsirindən ölürlər, əcəl və təbii ölümlə ölən kəslərdən daha çoxdurlar. Günahın peşmançılıq və rüsvaydan savayı sonu yoxdur".

2. Günahı tərk etmək üçün qərara gəlmək. İnsan əgər günahı tərk etmək əzmi göstərərsə, elə yerə gəlib çatar ki, günaha nifrət edər və günahdan bezar olar. Bu yolda Məsumlara (ə) təvəssül etmək, namazı əvvəl vaxtda qılmaq, gecə namazı qılmaq və Allahı çoxlu yada salmaq - təsirli əməllərdəndir.

3. Şeytanın (lən) düşmən olduğunu qəbul etmək. Son.az deyerler.org-a istinadən bildirir ki, əgər insan qəbul etsə ki, şeytan onun and içmiş düşmənidir və hər addımda onu günaha salmaq istəyir - o, öz əməllərinə daha çox nəzarət edər. Şeytanın qüdrəti yoxdur ki, insanı günah etməyə məcbur etsin, tək işi - ona vəsvəsə etməkdir. Şeytan insanın düşməni olduğu üçün insana qarşı heç bir zaman ürəyi yanmaz və nə zaman sizə vəsvəsə etsə, bilin ki, niyyəti sizə zərbə vurmaqdır.