Qızmar daş və Peyğəmbərimizin səhabələri


Digərləri 25 Yan 2020 22:40:00 116 0

Qızmar daş və Peyğəmbərimizin səhabələri

Bir gün Həzrət Peyğəmbər (s) Salmana bir dirhəm və Əbuzərə bir dirhəm verir. Salman ona verilən dirhəmi infaq edir və yoxsula bağışlayır. Ancaq Əbuzər onunla vəsait alır.

Sabahı gün Həzrət Peyğəmbər (s) əmr verir ki, bir od yandırsınlar. Onun üzərinə daş qoysunlar. O zaman ki, daş qaynar olur, atəşin hərarətini özündə bürizə verir. Həzrət (s) Salmanı və Əbuzəri çağırır və buyurur: "Hər biriniz bu daşın üzərinə çıxın. Dünənki dirhəmlərin hesabını verin".

Salman qorxu olmadan daşın üzərinə çıxır və deyir: "Allah yolunda infaq etmişəm" və sonra aşağı düşür. O zaman ki, növbə Əbuzərə çatır, qorxu onu bürüyür. Ayağını daşa qoymaqdan qorxur.

Həzrət Peyğəmbər (s) buyurur: "Səndən keçdim. Çünki hesabın uzun çəkdi. Onu bil ki, məhşər səhrası bu qaynar daşdan daha isti olacaqdır".

Son.az deyerler.org-a istinadən bildirir ki, bu hədisdən belə nəticəyə gəlmək olur ki, insan hər nə alırsa-alsın, əgər niyyəti Allaha xatir olarsa o zaman deyə bilər ki, Allah yolunda xərcləmişəm. Hesabın uzun olması o deməkdir ki, biz işlərimizdə Allahı yada salmırıq. Ola bilsin ki, iki nəfərin əməli bir-birinə bənzəsin. Ancaq niyyətləri fərqli olsun. Biri Allah üçün həmin əməli görsün və o birisi qeyrisi üçün. Ona görə də bu insanın hesabı daha çox uzanar, o zamana qədər ki, başa düşər gördüyü işlərini ancaq Allaha xatir etməli idi.