Orqanizmi toksinlərdən təmizləyən keşnişin


Digərləri 25 Yan 2020 22:03:00 128 0

Orqanizmi toksinlərdən təmizləyən keşnişin

Azərbaycan mətbəxində də geniş iştifadə olunan göyərti növü keşniş yalnız kulinariyada deyil, həmçinin digər sahələrdə - tibdə, aromaterapiyada, kosmetologiyada geniş istifadə edilir. Onun toxumlarından, yaşıl hissələrindən və köklərindən bir çox məqsədlər üçün istifadə edilir.

Tərkibində bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər, mikro və makro elementlər var. Son.az medicina.az-a istinadən mətbəxdə geniş istifadə etdiyimiz ətirli keşniş bitkisinin müalivəci xüsusiyyətlərini təqdim edir:

Xolesterinin səviyyəsini aşağı salır Keşnişin yarpaqlarında koriandrin maddəsi var ki, bu da yağ mübadiləsini tənzimləyərək "zərərli" xolesterinin miqdarını azaldır.

Ürəkbulanmanı aradan qaldırır Keşniş bioloji aktiv maddələrlə zəngindir. Bu xüsusiyyəti sayəsində o, mədə pozulmasının qarışısını alır, ürək bulanması və qusmanı aradan qaldırır.

Sümükləri möhkəmləndirir Keşniş kalsium mənbəyidir. Buna görə də o, sümüklərin möhkəm olması üçün çox vacibdir. Bu bitki sümüklərin əriməsinin qarşısını alaraq osteporozun əmələ gəlməsini aradan qaldırır.

Əsəbləri sakitləşdirir Müasir zamanda insan demək olar ki, hər gün stressə məruz qalır. Keşnişin tərkibində olan sedativ xüsusiyyətə malik sakitləşdirici maddələr stressin əlamətlərini aradan qaldıraraq insanı rahatladır. Buna görə də əsəbi insanlar bu göyərtidən bolluca istifadə etməlidirlər.

Yuxuya yaxşı təsir edir Gecələr yaxşı yatmaq istəyirsinizsə, o zaman bol keşniş yeyin. Tərkibində B vitamini və manqnezium olan keşniş təbii sakitləşdirici kimi təsir göstərərək bədəni və düşüncələri rahatladır.

Keşniş 80% -ə qədər ağır metalların orqanizmdən 14 gün ərzində çıxara bilir. Ondan hazırlanmış detoks isə bədəni toksinlərdən təmizləməyə kömək edir. Həddən çox yemək yedikdən və ya spirtli içki içdikdən sonra detoks qəbul etmək olar.

Ərzaqlar