Namaza münasibətə görə bölünən 4 dəstə insan


Digərləri 25 Yan 2020 22:10:00 124 0

Namaza münasibətə görə bölünən 4 dəstə insan

Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətim dörd dəstədir: namazda səhlənkarlıq edənlər, namazı zay edənlər, namazı tərk edənlər və namazda müti olanlar".

Gəlin, özümüzə baxaq görək hansı dəstədənik?

Həzrət Peyğəmbər (s) buyurur: "Bir dəstə namaz qılar, ancaq namazlarında səhlənkarlıq edərlər. Ona görə də Veyl onlar üçündür".

Veyl - cəhənnəmin alt qatlarından birinin adıdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, namazlarından səhlənkarlıq edənlər o kəslərdir ki, namazı qəbul edirlər, ancaq səhlənkarlıq edirlər. Onlar namazlarından qafildirlər və namaza əhəmiyyət vermirlər. Onun qəza olmasından qorxmazlar. Onlar namazın vaxtına diqqət etməz və namazın əhkam və şərtlərinə əməl etməzlər.

Həzrət  Peyğəmbər (s) namazı zay edənlər barəsində buyurur: "Bir dəstə namazı bəzən qılır, bəzən qılmır. Ona görə də Ğəyy onlara aiddir".

Ğəyy də cəhənnəmin alt qatlarından birinin adıdır.

Namazı zay etmək odur ki, yəni bir işi elə görəsən ki, onun həqiqi təsiri zahir olmaz. Yəni olması ilə olmaması arasında heç bir fərq olmaz. Namazı zay etmək - onu xar hesab etməkdir. Ona oyuncaq kimi baxmaqdır. Onda dəyişiklik etməkdir.

Həzrət Peyğəmbər (s) namazı tərk edənlər barəsində buyurur: "O dəstə ki, heç bir zaman namaz qılmayıblar, Səqər onlar üçündür".

Səqər də cəhənnəmin alt qatlarından birinin adıdır.

Hər kim namaza əhəmiyyət verməz və onu tərk edər - Səqər əhlindən olar. Bu əməl naşükürlük, İlahi nemətə küfr etmək, dininin sütununa əməl etməmək günahına bərabərdir.

Namazı tərk edənlərin özünü dörd dəstəyə bölürlər:

1. İnkar üzündən namazı tərk edənlər.

2. Səhlənkarlıq üzündən namazı tərk edənlər.