Hansı amillər neməti cəlb edir?


Digərləri 25 Yan 2020 21:20:00 147 0

Hansı amillər neməti cəlb edir?

Allah Təala çox sayda neməti insanlara nazil etmiş və ixtiyarlarında qoymuşdur ki, onlardan bəhrələnərək kamala çatsınlar. İnsan bir qədər təfəkkür etsə, görər ki, Allah bizə nə qədər nemət əta etmişdir. Biz isə çox vaxt onların qarşısında şükür etmir, əksinə üsyan edirik. Hər kim Allahın verdiyi nemətdən kamal yolunda istifadə edərsə, Allah nemətinin şükrünü yerinə yetirmiş olar.

Bəs Allahın nemətini necə özümüzə tərəf cəzb edə bilərik?

Son.az deyerler.org-a istinadən bildirir ki, bunun üçün bəzi amillərin olması lazımdır ki, nemət bizə tərəf cəzb olsun. O cümlədən:

1. Şükür etmək. Nemətin artmasına səbəb olan mühüm amillərdən biri - şükür etməkdir. Əgər bəndə Allahın verdiyi nemətləri görsə və onlara görə şükür edərsə, Allah həmin neməti onun üçün artırar.

2. İslam dininin buyuruşlarına əməl etmək. Hər kim Quranda olanlara və əhkama əməl edərsə, Allah onun nemətlərini artırar.

3. Təqva. Allah Təala buyurur ki, hər kimin təqvası olar - onun üçün nemətləri artıraram. Bunun üçün insanın iki qanadı olmalıdır ki, biri imandır, o birisi isə saleh əməl.

Bəs neməti məhv edən amillər hansılardır?

Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, nemət hansı dəstəyə aid olursa-olsun, məhv olasıdır. Belə deyildir ki, Allah neməti daimi olaraq insana verər. Nemətlərin bəzisi aradan gedən və məhv olandır. Əlbəttə bu, o zaman baş verir ki, insan Allaha şükür etmək yerinə küfr edər. Neməti israf edər və ondan yanlış yollarda istifadə edər.

"Onların Kə'bə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!". ("Ənfal" 35).