TikTok İnstagramı taxtından sala bilər


Digərləri 25 Yan 2020 20:35:00 140 0

TikTok İnstagramı taxtından sala bilər

"'TikTok'u sevirəm və onun heyranıyam." Bu sözləri məşhur sosial şəbəkə platforması Snapchatin CEO-su Evan Spiegel söyləyib. Məşhur təşəbbüskar Çin mərkəzli video paylaşım tətbiqinin İnstagramı taxtından salacağını düşünür.

illi.Az techland.az-a istinadən bildirir ki,2011-ci ildə Evan Spiegel, Bobby Murphy və Reggie Brown tərəfindən yaradılan video və şəkil paylaşım tətbiqi Snapchat, bir zamanların ən çox istifadə edilən sosial platformalarından biri idi.

Ancaq Facebook Snapchatin story özəlliyini klonlaması Snapchatin qırılma nöqtəsi oldu.

Bütün bunlara baxmayaraq hələ də Snapchat aktualdır. Belə ki, ötən il 210 milyon aktiv istifadəçisi ilə ən çox istifadə edilən sosial platformalar arasında yer almağı bacarıb.

Snapchati əvvəlki günlərinə qaytarmağa cəhd edən edən Snapchatin CEO-su Evan, rəqib platforma olan TikToku çox sevdiyini və böyük bir heyranı olduğunu bildirib.