Skoda Vision IN. İlk tizerlər FOTO


Digərləri 25 Yan 2020 20:01:00 172 0

Skoda Vision IN. İlk tizerlər  FOTO

Skoda şirkəti Vision IN adlı yeni konseptual krossoverin iki tizerini dərc edib. Əslində, Avropada satılan Kamiq modelinin bənzəri olan avtomobilin seriya variantı Hindistan bazarı üçün nəzərdə tutulub.

Son.az autograph.az-a istinadən bildirir ki, Avropada satılan Skoda Kamiq modeli Vision IN konseptindən bir qədər qısadır. Seriya modelinin uzunluğunu 4241 mm olduğu halda, konseptual krossover 4260 mm uzunluğa malikdir. Yeni konsept MQB A0 IN modul platformasında inşa edilib. Xatırladaq ki, bu platforma  Cənubi Amerikada satılacaq Volkswagen Nivus krossoverinin əsasını təşkil edir.

Sketçlərdən göründüyü kimi, krossover iri hava girişləri olan ön bamperə sahib olub. Lakin, bu dizayner həllinin seriya modelində tətbiq ediləcəyini gözləmək gərək deyil. Skoda Vision IN gələn ay Dehlidə keçiriləcək avtosalonda nümayiş etdiriləcəkdir.