Türkiyədə zəlzələnin baş verdiyi bölgədə xilasetmə işləri aparılır


Dünya 25 Yan 2020 19:56:00 125 0

Türkiyədə zəlzələnin baş verdiyi bölgədə xilasetmə işləri aparılır

Türkiyənin şərqində güclü zəlzələ baş verib. Nəticədə azı 22 nəfər ölüb, 1000-dən çox insan yaralanıb. Xilasetmə işçiləri şənbə günü dağılmış binaların altında sağ qalan insanları çıxarmağa çalışır.

Cümə günü axşam saatlarında baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində azı 30 nəfər itkin düşüb. Zəlzələnin episentri Türkiyənin şərqində yerləşən Elazığ vilayətinin Sivrice şəhəri olub.

"Çox qorxulu iti. Mebellər üstümüzə düşdü. Biz tez küçəyə qaçdıq" - deyə, 47 yaşlı Məlahət Can AFP-yə bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, zəlzələnin təsirinə məruz qalmış insanlara yardım etmək üçün bütün addımlar atılır.

"Biz xalqımızın yanındayıq" - Ərdoğan Twitter hesabında yazıb.

Türkiyə hökükmətinin Təbii Fəlakət və Fövqəladə Vəziyyətin İdarəsi agentliyi (AFAD) bildirib ki, Sivricedə zəlzələ yerli vaxtla axşam saat 8:55-də baş verib. Türkiyə böyük fay xətləri üzərində yerləşir və orada tez-tez zəlzələlər baş verir.

Türkiyə televiziyasında insanların təlaş içində küçələrə qaçdığı, bir binanın damının yandığı göstərilib.

Daxili İşlər, Ətraf Mühit və Səhiyyə nazirlikləri Elazığ və qonşuluqdakı Malatya vilayətində ölənlərin olduğu barədə məlaumat yayıb.

Təbii Fəlakət və Fövqəladə Vəziyyətin İdarəsi agentliyinin məlumatına görə, azı 22 nəfər ölüb, 1031 nəfər yaralanıb.