Allaha qarşı insaflı olmaq nə deməkdir?


Digərləri 25 Yan 2020 19:40:00 185 0

Allaha qarşı insaflı olmaq nə deməkdir?

İmam Əli (ə) buyurur: "Allahla insafla rəftar et. İnsanlara qarşı da - istər Allah tərəfindən olsun, istər yaxın qohumların, istərsə də xüsusi əlaqə bəslədiyin ailən olsun - insafa riayət et. Əgər belə etməsən, zülm etmiş olarsan". (

Son.az deyerler.org-a istinadən bildirir ki, gündəlik həyatımızda elə insanlar vardır ki, cisim və ruhi sağlamlıqlarına baxmayaraq bu böyük nemətə əhəmiyyət vermirlər. Bu böyük nemətin qədrini bilmir və ona görə Allaha şükr etmirlər. Ona görə deyirlər ki, insan o zamana qədər ki, sağlamdır - bu nemətin qədrini bilməz. O zaman ki, onu əldən verir - ayılar. Adicə sağlam dişə malik olmağın özü bir nemətdir. İnsan yediyi yeməyini rahat çeynəyər və istədiyi hər şeyi yeyə bilər. Ya misal üçün, sağlam ayaqlara malik olmaq, ona bu nemətin nə qədər önəmli olduğunu unutdurar. Ancaq elə ki, onu əldən verər - o zaman bu nemətin qədrini bilər.

Allahın bizə verdiyi nemətlərə diqqət etsək, görərik ki, bu nemətlərin sayı-hesabı yoxdur. Ancaq biz heç bir zaman bu nemətləri görmür və onlara görə şükür etmirik. Elə bu zaman Allaha insaflı olmaq mövzusu irəli gələr. Allaha insaflı olmaq - yəni verdiyi hər nemətinə görə şükür edib, bu nemətlərin qədrini bilməkdir. Məgər insafdandırmı ki, bu qədər nemət verən Allaha diqqət etməyək və Ona verdiyi bu qədər nemətinə görə şükür etməyək?!

Bəzən biz insanlar başqa insanların qarşısında, onların etdikləri yaxşılıqlara görə o qədər xəcalət çəkir və utanırıq ki. Bir halda ki, belə bir minnətdarlıq və xəcaləti Allaha qarşı duymuruq. İnsanlardan kimsə bizə ən kiçik yaxşılıq etsə, çalışırıq ki, heç bir zamanda onun əvəzini ona verək. Ancaq bəs Allahın bizə verdiyi bu qədər nemət necə olsun? Onun şükrü necə olsun? Onun əvəzini vermək istəmirikmi?