6G texnologiyasının tətbiq tarixi açıqlandı


Digərləri 25 Yan 2020 19:05:00 118 0

6G texnologiyasının tətbiq tarixi açıqlandı

Yaponiya hökuməti 6G texnologiyasının tətbiq tarixini açıqladı.

Son.az ted.az-a istinadən bildirir ki, yapon mütəxəssislərinin fikrincə, 6G mobil rabitə şəbəkəsi 10 il sonra, yəni 2030-cu ildə istifadəyə veriləcək.

6G layihəsinin üzərində işləmək üçün Yaponiya Daxili işlər Nazirliyindən və Tokio Universitetindən kommunikasiya üzrə ekspertlərdən ibarət qrup yaradılıb. Layihəyə Yaponiyanın nəhəng telekommunikasya şirkətləri olan "Nippon Telegraph and Telephone" və "Toshiba" da qoşulacaq. Əldə olunan məlumata görə, 6G şəbəkəsi məlumat mübadiləsini 5G-dən 10 dəfə daha sürətlə həyata keçirməyə imkan verəcək. Dövlət rəsmiləri yeni şəbəkənin öyrənilməsi üçün  2,03 milyard dollar ayırılacağını bildirib.

Ötən il yenicə istifadəyə verilən 5G mobil rabitə şəbəkəsi hələ də kommersiya üçün kifayət qədər inkişaf etməyib.

Bəs buna səbəb nədir?