Ərdoğan Elazığa getdi


Dünya 25 Yan 2020 17:20:00 141 0

Ərdoğan Elazığa getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığa səfər edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "Hürriyət" qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti zəlzələnin baş verdiyi bölgədə vəziyyətlə tanış olacaq.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.