“Müəllimlər arasında ixtisas olimpiadası”nın final mərhələsi başa çatıb


Digərləri 25 Yan 2020 17:01:12 150 0

“Müəllimlər arasında ixtisas olimpiadası”nın final mərhələsi başa çatıb

9 ixtisas üzrə 354 nəfər qalib adı uğrunda mübarizə aparıb.

Bakı. Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Libra” kitab nəşriyyatının baş sponsorluğu ilə keçirilən “Müəllimlər arasında ixtisas olimpiadası”nın final mərhələsi başa çatıb. Trend-in məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan mərhələdə 9 ixtisas üzrə 354 nəfər qalib adı uğrunda mübarizə aparıb. 150 dəqiqə ərzində 5 sauala cavab axtaran finalçılar, 4 ixtisas 1 metodikadan yazı tipli suala cavab veriblər. Qeyd edək ki, qaliblərin adına fevralın 5-də keçirilək mükafatalandırma mərasimində aydınlıq gələcək. Hər ixtisas üzrə ilk 3 yerin sahibləri rəsmi qonaqlar tərəfindən sposorlardan verilmiş mükafatlara sahib çıxacaqlar.