Çindən Gürcüstana səfər edənlər koronavirusla bağlı yoxlanışdan keçiriləcək


Dünya 25 Yan 2020 16:50:51 125 0

Çindən Gürcüstana səfər edənlər koronavirusla bağlı yoxlanışdan keçiriləcək

"Tbilisi beynəlxalq hava limanında koronavirusla bağlı xüsusi yoxlamalar həyata keçiriləcək".

"Tbilisi beynəlxalq hava limanında koronavirusla bağlı xüsusi yoxlamalar həyata keçiriləcək".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, Çindən Gürcüstana səfər edən bütün sərnişinlər xüsusi cihazlarla tibbi yoxlanışdan keçiriləcək: "Xüsusi diqqət yüksək risk zonalarından olan ziyarətçilərə yetiriləcək. Epidemioloji xidmət səfərbər olunub, həkimlər 24 saat iş rejimində fəaliyyət göstərirlər".