Türkiyədə son 60 ildə baş verən güclü zəlzələlər və qeydə alınan itkilər açıqlanıb


Dünya 25 Yan 2020 16:46:14 128 0

Türkiyədə son 60 ildə baş verən güclü zəlzələlər və qeydə alınan itkilər açıqlanıb

Türkiyədə son 60 ildə&baş verən güclü zəlzələlər və onların nəticəsində qeydə alınan itkilər&açıqlanıb.

Türkiyədə son 60 ildəbaş verən güclü zəlzələlər və onların nəticəsində qeydə alınan itkiləraçıqlanıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki,1966-cı ilMuş şəhərinin Varto rayonunda 2 zəlzələ qeydə alınıb.

İlk təkanlarmartda baş verib və nəticədə14 nəfər ölüb. Ondan 5 ay sonra baş verən ikinci zəlzələ nəticəsində isə 2400 nəfər həlak olub.

1976-cı ilin noyabrın 24-də Vanın Muradiye rayonundaqeydə alınan7.5 bal gücündə zəlzələ nəticəsində 3840 nəfər ölüb. Məlumata görə, dağıntılar altında qalanların bir hissəsi soyuq havadan donaraq həyatını itirib.

1999-cu ilin avqustun 17-si episentri Kocaelinin Gölcük rayonunda yerləşən zəlzələ Kocaeli ilə yanaşı Yalova, İstanbul, Bursa, Bolu, Zonquldak və Eskişehir şəhərlərində 18 min nəfərin həyatına son qoyub, 20 mindən artıq insan isə yaralanıb. 7.4 bal gücündə olan yeraltı təkanlar Ankara və Egey bölgəsində də dağıntılara səbəb olub.

Kocaeli zəlzələsindən 3 ay sonra olan 7.2 bal gücündə baş verənDüzce zəlzələsində isə710 nəfər ölüb, minlərlə insan yaralanıb. Zəlzələ həttaUkraynada da hiss edilib.

2011-ci ilin oktyabrın 23-də isəVanın Tabanlı rayonunda 7.2 bal gücündə zəlzələ baş verib. Noyabrın 9-u isə Edremit rayonunda 5.6 gücündə yeraltı təkan olub. Ard-arda baş verən zəlzələnəticəsində ümumilikdə 644 nəfər həyatını itirib, 1966 nəfər isə yaralanıb.

Alparslan Öztürk