Muğam Mərkəzində “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim olunacaq


Kriminal 25 Yan 2020 16:34:00 155 0

Muğam Mərkəzində “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim olunacaq

Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində  ənənəvi olaraq hər il keçirilən "Gəncləşən muğam" layihəsinin növbəti  konserti təqdim ediləcək. "Gəncləşən muğam" 7  Xalq artisti, "Şöhrət" ordenli xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr olunub.

Layihənin rəhbərləri Xalq artisti, professor Mənsum İbrahimov və əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovdur.

Layihənin adı özündə, yaşı min illərlə ölçülən muğam sənətinin gənclərin ifasında gəncləşdiyini əks etdirir. Layihənin əhatə dairəsi ilbəil genişlənir. 2005-ci ildən reallaşdırılan layihə çərçivəsində təşkil olunan ötən altı  konsert onlarla istedadlı ifaçının tanınmasına təkan verib. Layihənin məqsədi  gənc istedadlara dəstək olmaq, böyük səhnədə ilk addımlarını atmaqda, daha da tanınmalarına yardım etməkdir. Konsertə biletləri İticket.az və şəhərin bütün kassalarından əldə edə bilərsiz.