Azərbaycanlı tələbələrin Türkiyədəki zəlzələ bölgəsindən təxliyəsi üçün 2 avtobus ayrılıb


Dünya 25 Yan 2020 15:56:26 138 0

Azərbaycanlı tələbələrin Türkiyədəki zəlzələ bölgəsindən təxliyəsi üçün 2 avtobus ayrılıb

Azərbaycanın Türkiyədəki səfirliyi Elazığ və Malatya şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin adları qeyd olunan şəhərlərdən çıxarılması üçün iki avtobus icarəyə götürüb.&

Azərbaycanın Türkiyədəki səfirliyi Elazığ və Malatya şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin adları qeyd olunan şəhərlərdən çıxarılması üçün iki avtobus icarəyə götürüb.

Bu barədə “Report”un Türkiyə bürosuna səfirlikdən məlumat verilib.

Azərbaycana gəlmək üçün avtobusdan istifadə etmək istəyən tələbələrdən aşağıdakı təmsilçilərlə əlaqə saxlamaları xahiş olunur.

Elazığ şəhəri üçün- Nail Babayev (05522541582) və Musa İslamov (05319868676),

Malatya şəhəri üçün- Fuad Həsənov (05373555167) və Əli Musayev (05382055722).

Qeyd edək ki, ötən gecə TürkiyəninElazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 22 nəfər ölüb, 1031 nəfər yaralanıb.

Vüsalə Abbasova