Hədəqorxu ilə pul tələb etməkdə şübhəli bilinənlər saxlanılıblar


Kriminal 25 Yan 2020 16:09:00 155 0

Hədəqorxu ilə pul tələb etməkdə şübhəli bilinənlər saxlanılıblar

Bakı şəhər sakini E.Həmidov Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edərək yanvarın 22-də "Ford" markalı avtomobilinə oturmuş 3 nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu 1000 manatı geri qaytardıqdan sonra verəcəklərini bildirib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev müəyyən edilərək saxlanılıblar. Digər şəxsin tutulması üçün tədbirlər görülür.

Xətai RPİ tərəfindən araşdırma aparılır.