Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinənlər saxlanılıb


Digərləri 25 Yan 2020 15:59:00 143 0

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinənlər saxlanılıb

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev saxlanılıblar.

Bakı. Bakı şəhər sakini E.Həmidov Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edərək yanvarın 22-də “Ford” markalı avtomobilinə oturmuş 3 nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu 1000 manatı geri qaytardıqdan sonra verəcəklərini bildirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev müəyyən edilərək saxlanılıblar. Digər şəxsin tutulması üçün tədbirlər görülür. Xətai RPİ tərəfindən araşdırma aparılır.