AzTV-nin Bədii Şurasının üzvləri Sumqayıtda ictimaiyyət nümayəndələri ilə görüşüb


Sosial 25 Yan 2020 15:33:27 158 0

AzTV-nin Bədii Şurasının üzvləri Sumqayıtda ictimaiyyət nümayəndələri ilə görüşüb

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yanında Bədii Şura ictimai fikri öyrənmək məqsədi ilə regionlarda ictimaiyyət nümayəndələri ilə görüşlərə başlayıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) yanında Bədii Şuranın üzvləri ictimai fikri öyrənmək məqsədi ilə regionlarda ictimaiyyət təmsilçiləriilə görüşlərə başlayıb.

AZTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, buil ilk belə görüş Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri keçirilib.

Bədii Şuranın üzvləri AzTV-də aparılan islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.

Daha sonra televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.