ABŞın dövlət katibi Ukraynaya dair israrla sual verən jurnalistə bağırdı


Dünya 25 Yan 2020 15:25:00 108 0

ABŞın dövlət katibi Ukraynaya dair israrla sual verən jurnalistə bağırdı

ABŞ dövlət katibi Maykl Pompeo ölkənin tanınmış jurnalistlərindən Meri Luiz Kellini müsahibə gedişində kobud şəkildə danlayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə məlumat reportyorun çalışdığı "National Public Radio" (NPR) tərəfindən yayılıb.

Radiostansiyanın xəbərinə görə, müsahibə Vaşinqtonda Dövlət Departamentinin binasında baş tutub. Meri Kellinin bildirdiyinə əsasən, ABŞ xarici siyasət idarəsinin başçısı onun Ukraynadakı keçmiş səfir Meri Yovanoviçin qovulması ilə bağlı israrlı suallarına cavab verməkdən boyun qaçırıb. Dövlət katibi müsahibənın yalnız İran əttafındakı situasiya barədə olmasıyla bağlı əvvəlcədən razılaşdığını deyib. Lkin jurnalist heç bir razılaşmanın olmadığını iddia edir.

Mari Luiz Kelli dövlət katbindən hansı səbəbdən ölkənin təcrübəli kadr diplomatlardan birini prezident qarşısında müdafiə etmədiyini xəbər alıb.

Ötən ilin oktyabr ayının 16-da dövlət katibinin keçmiş müşaviri Maykl Makkinli Konqresdə ifadə verərkən prezident Donald Trampın xarici ölkədəki səfirləri yalnız öz daxili siyasi məqsədləri üçün çalışmağa məcbur etdiyi barədə cümlə işlədib. M.Makkinli məhz həmin səbəblərdən öz postunu tərk etdiyi Nümayəndələr palatasının üzvlərinin diqqətinə çatdırıb.

Meri Yovanoviç isə Donald Trampın rəqibi Co Baydenə qarşı kompromat material tapmasına yardım göstərmədiyi üçün prezidentin qəzəbinə tuş gəlib.