"Günay Bank"ın mənfəəti 69% artıb


İqtisadiyyat 25 Yan 2020 15:17:32 361 0

"Günay Bank"ın mənfəəti 69% artıb

​“Günay Bank” ASC 2019-cu ili 2,174 milyon manat mənfəətlə başa vurub.

“Günay Bank” ASC 2019-cu ili 2,174 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 68,5% çoxdur.

Ötən il “Günay Bank”ın gəlirləri 20,531 milyon manat (13,5% çox), xərcləri 17,189 milyon manat (52% çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,168 milyon manat (78,6% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Günay Bank”ın aktivləri 215,756 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,85% çoxdur. Bunun 137,459 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 11,6% böyüyüb.

Hesabat dövründə “Günay Bank”ın öhdəlikləri 16,6% artaraq 151,38 milyon manata, o cümlədən depozit portfeli 15,8% artaraq 81,569 milyon manata, balans kapitalı isə 4,95% artaraq 63,376 milyon manata çatıb.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.